XeyalQuliyev.com - Rəqəmsal Marketinq bloqu
info@xeyalquliyev.com
Instagramda ban olmamaq üçün nələri bilməliyik?

Sosial mediada marketinqin sürətlə inkişaf etdiyi dövrdə brendlərin, markaların sosial media kanallarına üz tutması, izləyici kütləsini artırmağa çalışması təbiidir. Ölkəmizdə şirkətlər üçün digital marketinq deyəndə ağla ilk facebook gəlirsə daha sonra instagram gəlir. Düzdür, bu ayrı bir dərddir ki, bizdə digital marketinq anlayışı facebook və instagram çərçivəsindən çox da kənara çıxmır, lakin bu dəfə bu barədə deyil, şirkətlərin bəzən qorxulu kabusuna çevrilən hadisədən danışacam: Instagramda ban olunma səbəbləri

SEO digital marketinq işidir yoxsa IT?

Digital marketinqin inkişaf etməsi son zamanlar ölkədə də bu sahəyə marağın artmasına səbəb olub. Çox təəssüf ki, hələlik Azərbaycanda digital marketinqin SMM tərəfi inkişaf edib, yaxud Azərbaycanda digital marketinq deyəndə yalnız SMM-lə kifayətlənirlər. Lakin buna baxmayaraq fərqli sferalara maraq göstərənlər də az deyil və bu sevindirici haldır. Fərqli sferaya maraq göstərənlər arasında SEO ilə bağlı çoxlu suallar gəlir. “Biz SEO öyərənə bilərikmi, SEO öyrənmək üçün nələri bilməliyəm?” və s. Bacardığım qədər bütün sualları cavalandırmağa çalışıram. Lakin söhbət əsnasında bəzi yoldaşların beynində şübhələr, qorxular olduğu hiss edilir. Səbəbini öyrəndikdə isə cavablar təxmini belə olur: “Filankəs dedi ki, gərək proqramlaşdırma da biləsən, filankəs yazdı IT-də bilməlisən” və s. “- Ancaq mənim ixtisasım marketinqdir, istəmirəm sahəmi dəyişim IT sahəsinə gedim” və s. Bütün o yoldaşlara və bu yazını oxuyarkən də SEO-nun proqramlaşdırmaya, IT-yə aid olduğunu düşünən, şübhəsi olan bütün dostlara əminliklə bildirmək istərdim ki, SEO – digital marketinqin bir qoludur və digital marketinq mütəxəssisinin işidir. Buna əmin olun. Sizə düşən digital marketinq mütəxəssisi deyəndə yalnız SMM-lə kifayətlənən, digital marketinqin sadəcə facebook-instagramda səhifə açıb gündə bir-iki post paylaşmaqdan ibarət olduğunu düşünməməkdir. SMM necə digital marketinqin bir qolu və digital marketinq mütəxəssisinin bilməli olduğu bir sahədirsə SEO-da elə. Eləcə də web analitika da həmçinin, email marketinq də həmçinin, SEM də həmçinin və s. Qarışıqlıq düşməsin deyə o sahələrə hələlik girməyək.

Rəqəmsal marketinq və saytımız üçün şəkilləri haradan tapaq?

Rəqəmsal marketinq inkişaf etdikcə rəqabət getdikcə güclənir. Hamı daha çox müştəri cəlb etməyə can atır. Bunun üçün müxtəlif təsiredici rəqəmsal marketinq taktikalarından istifadə edilir. Onlardan biri də çatdırılan mesajın gücünü artırmaq məqsədilə vizual olaraq keyfiyyətli şəkillərdən istifadə olunmasıdır.

Adətən sosial şəbəkədə postlarımız üçün, saytda istifadə üçün, prezentasiyalarımız üçün vizual güclü şəkillər axtarırıq. Şəkil keyfiyyətli və cəlb edici olanda çatdırılan mesajın təsir gücünü xeyli artırır.

Şirkətimizdə dizayner varsa şəkil tərəfdən sıxıntımız olmur. Ancaq dizaynerimiz yoxdursa məcbur oluruq özümüz axtarıb nəsə tapaq. Bu heç də həmişə asan olmur. İstədiyimiz kriteriyalara cavab verən və eyni zamanda pulsuz olan şəkilləri tapmaq bəzən müşkül məsələyə çevrilir. Çünki bizə bəzən adi şəkil yox nəsə qeyri-adi, baxanı təəccübləndirən və inandıran keyfiyyətli şəkil lazım olur.

SEO kimin işidir? Bakcellin günahı yoxdur.

Rəqəmsal marketinqin günü gündən inkişafı şirkətləri, top menecmenti marketinqin bu qolundan aktiv şəkildə istifadə etməyə məcbur edir. Bu gün dünyada rəqəmsala önəm verməyən bizneslərə rəqabət mühütündə yaşamaq çox çətindir. Əksər şirkətlər marketinq büdcələrinə yenidən baxır, offlinə marketinqə xərclədikləri büdcəni kəsərək rəqəmsal marketinqə yönəldirlər.

Rəqəmsal marketinq əsas üstünlüyü odur ki, burada hədəf auditoriyaya daha dəqiq xitab etmək mümkündür. Burada xırda büdcələrlə belə istənilən nəticələri əldə etmək olur, qoyulan hədəflərə çatmaq olur. Burada hər şey ölçülür. Ən xırda qəpiyinə kimi.

Rəqəmsal marketinq yeni yaransa da çoxsu elə bilər ki, xırda elmdir. Xeyr, qətiyyən elə deyil. O qədər sürətlə inkişaf edib ki, bir neçə qolları yaranıb və dünya praktikasında mütəxəssislər ümumi rəqəmsal marketinqə yox, onun hər hansı qolu üzrə inkişafı üstün tuturlar, dar bir sahədə ixtisaslaşmaq istəyirlər. Çünki bazar və raqəbət mühütü bunu tələb edir. Ancaq bir şirkətin rəqəmsal marketinq departament müdürü təbii ki, bütün qollardan yüksək səviyyədə xəbərdar olmalıdır.

Rəqəmsal marketinq terminləri (abbreviaturalar)
reqemsal-marketinq-terminleri
SMM – Social Media Marketing

Sosial Media Marketinqi. Sosial şəbəkələrdə marketinq. Məsələn, sosial şəbəkələrdə səhifə, qrup, profilin yaradılması, onların reklamı və s. Rəqəmsal marketinqin ən geniş yayılmış qollarından biridir. SMM haqqında bloqda davamlı olaraq ayrıca yazılar olacaq.

SMO – Social Media Optimization

Sosial Media üçün saytın optimizasiyası. Məsələn, “Bəyən, Paylaş” düymələrinin sayta qoyulması, sosial şəbəkə akauntu ilə şərh yazmaq üçün modulların quraşdırılması və s. Ayrıca yazı olacaq bu mövzuda.