Digital Marketinq Kursu

Kurs kimlər üçündür

Biznes sahibləri

Biznesinizi internetdə inkişaf etdirmək üçün lazımlı biliklərə sahib olun

Marketinq menecerlər

Yeni və dərin biliklər rəqabət yönümlü mühütdə əvəzedilməzdir

SMM menecerlər

Sadəcə SMM bilikləri çərçivəsindən çıxmağın tam zamanıdır

Peşəsini dəyişənlər

Bu sahə maraqlıdır və əmək haqqı artan temlə davam edir

Nə üçün bu kurs

Kompleks yanaşma

Digital marketinq təkcə SMM-dən ibarət deyil. Digital marketinqin digər sahələrini də kəşf edin

Praktikaya əsaslanıb

Keçilən dərslər nəzəri kitab cümlələri deyil, illər ərzində toplanan təcrübəyə əsaslanıb

Daimi dəstək

Kursa qoşulanlar üçün Facebookda dəstək qrupu yaradılacaq, tələbələrin sualları cavablandırılacaq

İş tapmağa kömək

Tez-tez müxtəlif şirkətlərdən müraciət olunur. Kurs tələbələri ilk tövsiyyə olunanlardan olacaq

Kursun proqramı

Digital marketinqdə vacib anlayışlar

Digital marketinqin əsas konsepsiyaları və prinsipləri, digital marketinqin ənənəvi marketinqdən üstükləri. Digital marketinqdə hər gün istifadə olunan terminlər, KPI-lar.

Facebook

Kontent üzərində iş
Kontentin yaradılması və idarəedilməsi bilikləri. İllik və aylıq kontent planın hazırlanması. Postların tərtibatı və effektivliyinin artırılması üçün həllər
Fərqli reklam tipləri
Facebookda fərqli reklam növləri ilə tanışlıq və onların hər birinin tətbiqi yolları. Qeyri-standart auditoriyaların yaradılması, remarketinq siyahılarla işləmə metodları
Statistika ilə işləmə
Statistik göstəricələrdən nəticənin oxunması və reklam kampaniyalarının uğurlu davamı üçün lazımi addımların atılması yolları

Instagram

Instagram dünyanın ən böyük mobil reklam platformaları arasında yer almaqdadır.


Instagram dərslərində keçiləcək mövzular

Instagram startegiyanın və kontent planın hazırlanması

Hashtag-lərlə iş

Ödənişli instagram reklamları

Kontentin və akkauntun analitikası

Google Analytics

Web analitika digital marketinqin vacib qollarından biridir. Analitikanın köməyilə digital marketinq mütəxəssisi saytda problemləri araşdıra və onların aradan qaldırılması üçün həllər təklif edə bilər. Həmçinin analitikanın köməyilə digital reklam kanallarının effektivliyini ölçmək olur. Web analitika dərslərində Google Analytics kimi alətdən istifadə metodları öyrədiləcək

SEO

SEO (Search Engine Optimization) - Google, Yandex kimi axtarış motorlarında edilən axtarışlarda web saytınızın ilk sıralara yüksəlməsi üçün edilən strateji addımların toplusudur.


Saytın axtarış motoru nəticələrində ön sırada olması istər brendin tanınmasında, istərsə də məhsul və xidmət satışının artırılmasında mühüm rol oynayır


Dərslərdə SEO-nun uğurlu olması üçün atılacaq addımlar, saytdaxili və saytdan kənar SEO metodları, linkbuilding, kontentin keyfiyyəti kimi mövzular tam əhatə olunacaq

E-mail marketing

E-mail göndərimlər abunəçiləri müştərilərə çevirən, müştəriləri isə təkrar alışlara sövq edən ən gözəl vasitələrdən biridir

Abunəçi bazasının toplanması və həmçinin seqmentləşdirilməsi


Göndərilən məktubların strukturu, dizaynı, məzmunu və onların hər bir abunəçiyə uyğun personallaşdırılması


E-mail kampaniyaların analitikası hansı addımların uğurlu olduğunu, biznesin və xərclərin düzgün idarəedilməsini müəyyən edir

Youtube

Brendin imicinin yaxşılaşdırılmasında, məhsulların, xidmətlərin tanınmasında və satışının artırılmasında effektiv istifadə olunan alətlərdən olan youtube kanal açılması, tərtibatı, axtarış zamanı önə çıxması haqqında bütün biliklər öyrədiləcək


Youtube reklamların köməyilə kanala yeni istifadəçilərin cəlb olunması, həmçinin mövcud auditoriyaya remarketinq kampaniyaları ilə yenidən reklamların göstərilməsi metodları ilə ətraflı şəkildə izah olunacaq

Kursu bitirəndən sonra bacaracaqlarınız

Bacaracaqsınız!

Sadəcə diqqətli olun və öyrəndiklərinizi tətbiq edin

Hədəf auditoriyanı təyin etmək

Müxtəlif parametrlərlə auditoriyanın portretini yaratmağı öyrənəcəksiniz

Effektiv kanalları seçmək

Reklam kanallarını düzgün seçməklə hədəfə doğru irəliləyin

Büdcəni düzgün bölmək

Fərqli digital kanallara fərqli büdcələri bölmək Sizə asan gələcək

Effektivliyi ölçmək

Xərclədiyiniz büdcənin effektiv olub olmamasını məntiqli şəkildə ölçə biləcəksiniz

Digital strategiyanı qurmaq

Gediləcək yolu öncədən bilmək biznes üçün vacib amillərdən biridir

Rəqib analizi etmək

Rəqibləri düzgün analiz edib nəticə çıxartmaq biznesi bir neçə addım irəliyə atır

Sizdən nə tələb olunur

Şəxsi noutbukunuzla gəlmək
Dərslərə maksimum vaxtında gəlmək
Aydın olmayan məqamlarda soruşmaq
Öyrədilən praktikanı dəfələrlə təkrarlamaq

Çox verilən suallar

Kurs nə vaxt başlayacaq?
Kurs 5 iyun tarixindən etibarən bir ay+ ərzində həftədə 2 dəfə olmaqla start götürəcək. İşləyənləri də nəzərə alaraq dərslər 19:00-da başlayacaq.
Əlavə suallarım yaranacaqsa kömək edəcəksinizmi?
Bəli. Kursa yazılan tələbələr Facebookda xüsusi qapalı qrupa əlavə ediləcək. Və kimin nə sualı, çətinliyi varsa müraciət edib dəstək ala bilər
Kursda qrup şəklindədir ya fərdi?
Kurs qrup şəklində keçirilir. Qrup 6-10 nəfərdən ibarət olur. Müstəsna hallarda fərdi təkliflərə də baxıla bilər.
Kursu bitirəndən sonra iş tapma şansım olacaqmı?
Bəli, hər ay bir neçə şirkətdən digital marketinq vakansiyası üzrə sorğular gəlir, namizədlər istənilir. Kursun tələbələri tövsiyyə olunacaq
Kurs harada olacaq?
Dərslərin Lead International tədris mərkəzində keçirilməsi planlaşdırılır. Ünvan: Globus Center, 12-ci mərtəbə. (Nizami metrosu yaxınlığı)
Mənim sualım var amma burada ona cavab tapa bilmədim.
Bu halda lütfən xeyal85@gmail.com ünvanına mail yazmağınız rica olunur. Bütün suallar cavablandırılmağa çalışılacaq.