Rəqəmsal marketinq və saytımız üçün şəkilləri haradan tapaq? - XeyalQuliyev.com
info@xeyalquliyev.com

Rəqəmsal marketinq və saytımız üçün şəkilləri haradan tapaq?

Rəqəmsal marketinq inkişaf etdikcə rəqabət getdikcə güclənir. Hamı daha çox müştəri cəlb etməyə can atır. Bunun üçün müxtəlif təsiredici rəqəmsal marketinq taktikalarından istifadə edilir. Onlardan biri də çatdırılan mesajın gücünü artırmaq məqsədilə vizual olaraq keyfiyyətli şəkillərdən istifadə olunmasıdır.

Adətən sosial şəbəkədə postlarımız üçün, saytda istifadə üçün, prezentasiyalarımız üçün vizual güclü şəkillər axtarırıq. Şəkil keyfiyyətli və cəlb edici olanda çatdırılan mesajın təsir gücünü xeyli artırır.

Şirkətimizdə dizayner varsa şəkil tərəfdən sıxıntımız olmur. Ancaq dizaynerimiz yoxdursa məcbur oluruq özümüz axtarıb nəsə tapaq. Bu heç də həmişə asan olmur. İstədiyimiz kriteriyalara cavab verən və eyni zamanda pulsuz olan şəkilləri tapmaq bəzən müşkül məsələyə çevrilir. Çünki bizə bəzən adi şəkil yox nəsə qeyri-adi, baxanı təəccübləndirən və inandıran keyfiyyətli şəkil lazım olur.

Yaxşı bəs bizə lazım olan şəkilləri necə əldə edək?

Bunun 3 yolu var:
1. Google-da yaxud digər axtarış motorlarında pulsuz axtarıb tapmaq
2. Pullu fotobanklara ödəniş edərək almaq
3. Özümüz hazırlamaq. Şəkil çəkərək, yaxud dizaynerimiz fantaziyası ilə özü yaratsın və s.

Şəklin istifadə olunması məqsədi iki cür ola bilər:
1. Kommersiya məqsədli
2. Qeyri kommersiya məqsədli

Kommersiya məqsədi nə deməkdir? – Şəkildən istifadə edərək məqsəd pul qazanmaq, gəlir əldə etməkdir. Məsələn, Siz iPhone 7 şəklini facebook səhifənizdə yaxud saytınızda satmaq üçün yerləşdirmisiniz. Bu kommersiya məqsədlidir.
Və həmçinin ola bilər ki, iPhone 7 şəklini facebook səhifənizdə və ya saytınızda yerləşdirmisiniz, lakin pul qazanmaq məqsədilə yox, həmin məhsul haqqında hər hansı informativ, maarifləndirici məlumat paylaşmaq məqsədilə. Bu qeyri-kommersiya məqsədlidir. Təbii bu maariflənidirici postunuz özü də pul qazanmaq məqsədi güdmürsə, reklam xarakterli paylaşım deyilsə.

Ümüd edirəm kommersiya məqsədi haqqında hər şey aydındır. İndi gəlin hər hansı şəklin kommersiya məqsədli istifadə olunması üçün icazə məsələlərinə nəzər yetirək.

Ümumiyyətlə bütün şəkillər kommersiya məqsədli istifadə üçün iki yerə bölünür:
1. İcazə verilən
2. Qadağan olunan

Hətta icazə verilənlər də bir neçə yerə bölünür. Müəllifin adını göstər istifadə et, bəyən/paylaş sonra istifadə et və s. Ancaq biz lap dərinliklərə dalıb fikirlərimizi qarışdırmayaq. Ümumi götürək – icazə verilən.

Adətən 90 % insan şəkil axtarkən daxil olur Google-a, istədiyi şəkli axtarıb tapır və istifadə edir. Lakin nəzərdən qaçırılır ki, hər bir şəklin müəllifi var və icazəsiz istifadə olunan şəkillərin müəlliflik hüququ pozulur. Və buna görə müəllif bizi məhkəməyə verə bilər, yaxud public şikayət tipli paylaşım edər, nəticədə şirkətimizin imicinə zərər dəyər. Bütün bu xoşagəlməz hallardan qaçmaq üçün özümüzü əvvəlcədən sığortalamağımız lazımdır.

Dünyada Creative Commons adlı təşkilat var. Bu təşkilat 2001-ci ildə Amerikada yarandı və müəlliflərə onların işlərini, əməklərini qorumaq üçün bir neçə istifadə şərtlərini təyin edən müqavilə formaları hazırladılar. Loru dildə desək bir şəklin, musiqinin, videonun istifadəsi üçün lisenziya növləri hazırladılar. Müəlliflər də öz məhsullarını bu lisenziya növlərinin birinə aid edərək istifadə şərtlərini təyin etdilər və indi də dünyada geniş istifadə olunur.
Hətta bəlkə görmüsünüz youtube kanalına video yükləyəndə bizdən videonun təkrar istifadə olunmasını soruşur. Müvafiq icazə bəndini seçsək bizdən başqası da videomuzu götürüb, dəyişdirib istifadə edə bilər, yenidən öz kanalına yükləyə bilər. Yaxud yəgin rast gəlmiş olarsınız, youtube-a video yükləyəndən bir neçə müddət sonra görürük ki, yüklədiyimiz videoda görüntü var amma səsi yoxdur. Bu deməkdir ki, yüklədiyimiz videonun fonundakı müsiqinin müəllif hüquqlarını pozmuşuq və youtube bunun qarşısını alıb. Creative Commons haqqında çox da bəhs etmək istəmirəm, yoxsa mövzudan uzaqlaşacayıq. Ətraflı olaraq wikipediya səhifəsindən oxuya bilərsiniz.

Creative Commons lisenziya növləri çoxdur, bizə lazım olan istifadə etdiyimiz şəklin, musiqinin, videonun CC0 (Creative Commons Zero) lisenziyasının olmasıdır.

CC0 lisenziyasında müəllif şəkil üzərindəki bütün hüquqlarından imtina edir, heç bir hüququ qalmır.

CC0 lisenziyalı şəkillər o deməkdir ki, onlar istənilən məqsədlə istifadə oluna bilər, şəklin üzərində istənilən dəyişiklik də oluna bilər. Həmçinin bu şəkilləri istifadə edən zaman müəllifin adını və linkini göstərməyə tələb yoxdur.

Aşağıda qeyd olunan saytların hamısında şəkillər Creative Commons Zero CC0 lisenziyalıdır. Yəni istifadəsi üçün tam sərbəstlik verilib. CC0 lisenziyalı şəkillərin üzərində photoshop dəyişiklikləri etmək, mətn yazmaq və s. heç bir problem yaratmaz. Onlar tamamilə kommersiya və şəxsi məqsədlər üçün istifadə oluna bilər.

Google Images

https://images.google.com/

Şəkil axtarmağın ən asan yolu 🙂 Lakin burada Search tools düyməsini sıxaraq Labeled for reuse with modification seçməyiniz lazımdır. Həmçinin Size hissədən iri ölçüdə olan şəkilləri seçə bilərsiniz. Mən adətən Larger than… 800×600 px seçirəm.

Pexels

https://www.pexels.com/

Lisenziya: CC0
Açar sözlərə görə axtarış
Rənglər qammasına görə axtarış
Şəkilləri yekləmək üçün qeydiyyatdan keçmək mütləq deyil

StockSnap

https://stocksnap.io/

Lisenziya: CC0
Açar sözlərə görə axtarış
Şəkilləri yekləmək üçün qeydiyyatdan keçmək mütləq deyil

Unsplash

https://unsplash.com/

Lisenziya: CC0
Axtarış funsiyası var
Şəkilləri yekləmək üçün qeydiyyatdan keçmək mütləq deyil

Pixabay

https://pixabay.com

İnstagram istifadəçiləri üçün cənnətdir )

Lisenziya: CC0
Axtarış funsiyası var
Şəkilləri yekləmək üçün qeydiyyatdan keçmək mütləq deyil, lakin Captcha daxil etməyi tələb edir hərdən
Şəkilləri ölçüyə görə yükləməyi təklif edir

Freestocks

http://freestocks.org/

Lisenziya: CC0
Axtarış funsiyası var
Açar sözlərə və kateqoriyalara görə axtarış mümkündür.
Şəkilləri yekləmək üçün qeydiyyatdan keçmək mütləq deyil

Freeimages

http://ru.freeimages.com/

Lisenziya: CC0 deyil hamısı. istifadəçi razılaşması var.
Axtarış funsiyası var
Şəkillər kateqoriyalara və açar sözlərə görə səliqəli bölünüb
Şəkilləri yekləmək üçün qeydiyyatdan keçmək lazımdır

Ümüd edirəm faydalı oldu. Sizə faydalı oldusa paylaşın başqaları üçün də faydalı olsun